Fidan Blinkenlə görüşəcək

   Fidan Blinkenlə görüşəcək
  05 Dekabr 2023    Oxunub:978
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu həftə Vaşinqtona səfər edəcək və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəcək.
Diplomatik mənbələrdən alınan məlumata görə, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı üzvləri ilə birlikdə ABŞ Dövlət Departamentində Blinkenlə görüşü gözlənilən Fidanın gündəmində Qəzza olacaq.

Oktyabrın 7-dən İsrailin sarsılmaz dəstəkçisi olan ABŞ hücumların genişləndirilməsinə şərti icazə verib.

Mülki itkilərin minimuma endirilməsini və humanitar yardımın fasiləsiz davam etməsini tələb edən Vaşinqton İsrailin “özünü müdafiə etmək hüququnu” irəli sürməyə davam edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Fidan   Blinken  





Xəbər lenti