Təbriz məhkəməsi: Baycan adlı güneyli körpəyə doğum şəhadətnaməsi verilsin

      Təbriz məhkəməsi:    Baycan adlı güneyli körpəyə doğum şəhadətnaməsi verilsin
  05 Dekabr 2023    Oxunub:881
Təbriz şəhər məhkəməsinin qərarı ilə, Şərqi Azərbaycan əyalətinin qeydiyyat idarəsindən Baycan adlı güneyli körpəyə doğum haqqında şəhadətnamə verilməsi tələb olunub.

AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, Güneyli şair, vətəndaş cəmiyyəti fəalı və Baycanın atası Ramin Cəbraili Şərqi Azərbaycan əyalətinin qeydiyyatı idarəsi tərəfindən övladına doğum haqqında şəhadətnamə verilməməsi halı ilə üzləşib.

Təxminən 2 ay davam edən hüquqi çəkişmələrdən sonra məhkəmə prosesi zamanı azərbaycanlı ailə Təbriz məhkəməsinin hökmü ilə Şərqi Azərbaycan əyalətinin qeydiyyat idarəsini övladlarına doğum haqqında şəhadətnamə verməyə məcbur edə bilib.
AzVision.az


Teqlər: Təbriz   Baycan  





Xəbər lenti