İran universitetlərində qadın tələbələri təqib etmək üçün komitə yaradılıb

İran universitetlərində qadın tələbələri təqib etmək üçün komitə yaradılıb
  05 Dekabr 2023    Oxunub:900
İran hakimiyyəti Təbriz universiteti də daxil olmaqla bir sıra universitetlərdə qadın tələbələri qorxutmaq və onları təqib etmək üçün komitə yaradıb.
AzVision.az Tələbə Həmkarlar İttifaqı şuralarının telegram-kanalının yaydığı məlumata istinadən xəbər verir ki, “AFAD” abreviaturası ilə “Universitetdə sosial-mədəni fəaliyyət” adlı qeyri-rəsmi paralel institutunun yaradılması barədə qərar çıxarılıb.

Şuralardan bildiriblər ki, AFAD, əsasən, qız tələbələri “hicab qaydaları”nı pozmaqda ittiham edərək, komitə qarşısında dindirilmələri tələbini qoyan SMS mesajları göndərir. AFAD öz fəaliyyətində universitetin təhlükəsizlik xidmətinin əməkdaşlarının təqdim etdiyi siyahını əsas götürür.

Tələbə fəallar ölkə daxilində kampuslarda tətbiq olunan təhlükəsizlik tədbirlərinin artırılmasına və tədris ilinin əvvəlindən məcburi hicab qanununun sərtləşdirilməsinə etiraz ediblər. Onlara qarşı tətbiq olunan təzyiqlər siyaısına yüzlərlə intizam komitəsinə çağırışlar, intizam tənbehləri, tələbələrin və professor-müəllim heyətinin fəaliyyətinin müvəqqəti dayandırılması, xaric edilməsi daxildir.
AzVision.az



Teqlər: İran   tələbələr  





Xəbər lenti