Xarici turistlər İrana hətta pulsuz da gəlmirlər

   Xarici turistlər İrana    hətta pulsuz da    gəlmirlər
  05 Dekabr 2023    Oxunub:841

Uzun müddətdir ki, İraq kimi ölkələrdən gələn “zəvvar” turistlər istisna olmaqla, digər turistlər İrana “pulsuz da olsa” getmək istəmirlər.
AzVision.az İranın Turist bələdçiləri assosiasiyasının rəhbəri İbrahim Purfərəc “Economy Online” jurnalına müsahibəsinə istinadən xəbər verir ki, ölkənin turizm sahəsi ciddi problemlərlə üzləşib.

“İrana gələn turistlərin olmaması turizm sənayesinin bağlanmasına və turoperatorlar cəmiyyətində çoxlu işsizliyə səbəb olub. Bu sənayeyə firavanlıq tezliklə qayıtmayacaq. Bizim ən çox turizm mövsümümüz yaz və payızdır. Təəssüf ki, bu il bizdə hər iki turizm mövsümü olmadı və vəziyyəti idarə edəcək bir məmur da yoxdur. İranın turizm sənayesinin əsas problemi avropalıların və başqa ölkə vətəndaşlarının İrana daxil olmamasıdır. Bizim yeganə turistimiz ziyarət yerlərinə gedən insanlardır”, - Purfərəc deyib.

Qeyd edək ki, bu yaxınlarda İranın mədəni irs və turizm naziri “xarici turistlər üçün filtrsiz sim kart” kimi planlar açıqlayaraq onları İrana gəlməyə təşviq etməyə çalışır.
AzVision.az


Teqlər: İran   turizm  





Xəbər lenti