İranda metallurgiya zavodunun işçiləri tətilə başlayıblar

   İranda metallurgiya zavodunun işçiləri tətilə başlayıblar
  05 Dekabr 2023    Oxunub:902
İsfahan Metallurgiya zavodunun minlərlə işçisi tətilə çıxaraq etiraz aksiyası keçirib.
AzVision.az İran Fəhlələri müstəqil həmkarlar ittifaqının yaydığı məlumata istinadən xəbər verir ki, zavodun müxtəlif sektorlarının işçiləri tələblərinə baxılmadığına görə tətilə başlayıblar.

Etirazçılar zavodun ərazisində nümayiş keçirəndən sonra müəssisənin müdiriyyətinin yerləşdiyi Tövhid binasının qarşısında toplaşıblar.

Zavodun işçiləri məişətlərinin acınacaqlı və əmək haqlarının çox az olduğuna etiraz edərək maaşlarının artırılması və sair tələblər irəli sürüblər.

Xatırladaq ki, İsfahan şəhəri Metallurgiya zavodu QSC-nin işçiləri ötən həftə aclıq aksiyası elan edərək, müəssisənin qidalarını almaqdan boyun qaçırıblar.
AzVision.az


Teqlər: İran   tətil  





Xəbər lenti