İranın 2024-cü il büdcəsi yoxsulluğun artmasına səbəb olacaq

İranın 2024-cü il büdcəsi yoxsulluğun artmasına səbəb olacaq
  05 Dekabr 2023    Oxunub:929
İranda neft gəlirlərinin azalması və vergilərin artırılması ilə qarşıdakı ildə nəzərəçarpacaq durğunluq yaranacaq.
AzVision.az xəbər verir ki, iranlı iqtisadçı Əli Qənbəri belə xəbərdarlıq səsləndirib.

“Hazırda inflyasiyanın böyümə əmsalı 45%-dən yüksəkdir. Digər tərəfdən, 2024-cü il büdcəsində respublika üzrə vergilərin 50% artması müəyyən edilib. Bu isə hökmən durğunluqla və yoxsulluğun artması ilə nəticələnəcək. Başqa sözlə, durğunluğun və işsizliyin ötən illə müqayisədə daha da artacağı gözlənilir. Vergilərin artması ilə istehsal böhrana tuş gəlməklə qarşıdakı ildə ölkə infilyasiya səbəbindən misli görünməyən durğunluğa düşəcək”, - Qənbəri deyib.

İqtisadçı-ekspert beləliklə də, xalqın güzəran səviyyəsinin enəcəyini və bu vəziyyətin cəmiyyət üçün dözülməz olacağını vurğulayıb.
AzVision.az


Teqlər: İran   yoxsulluq  





Xəbər lenti