İrvani: İran Amerika qüvvələrinə hücumda iştirak etməyib

      İrvani:    İran Amerika qüvvələrinə hücumda iştirak etməyib
  05 Dekabr 2023    Oxunub:991
İran ABŞ-nin hərbi qüvvələrinə qarşı heç bir hərəkət və ya hücumda iştirak etməyib.
AzVision.az xəbər verir ki, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrvani Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə ünvanladığı məktubda bildirib.

“Tehrana qarşı irəli sürülən ittihamlar əsassızdır. Vaşinqtonun bu cür ittihamlarla çıxış etməkdə məqsədi Suriyada və regionda təcavüz, beynəlxalq qanunların və BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasına haqq qazandırmaq, cinayət məsuliyyətindən kənarlaşmaqdır”, - İrvani yazıb.

Qeyd edək ki, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild Tehranı Suriya və İraqda Amerika əsgərlərinə qarşı hücumlarda əli olmaqda günahlandırıb.

Qrinfild bu hücumları pisləyərək, Amerika qüvvələrinin İŞİD təhdidləri ilə mübarizə üçün beynəlxalq səylərə uyğun olaraq bu ölkələrdə yerləşdirildiyini vurğulayıb.
AzVision.az


Teqlər: İrvani   ABŞ  





Xəbər lenti