İranda edamlarla bağlı hesabat açıqlanıb
İrandakı edamlarla bağlı bəyanat yayn Avropa İttifaqı İran hökumətinin əməllərini dəhşətli və qeyri-insani adlandıraraq, Tehrandan edamları dayandırmağı tələb edib.
Həmin bəyanatda etiraz aksiyalarına qoşulduqları üçün son günlər edam olunanların bir neçəsinin adları çəkilir və Tehran hakimiyyətinin son 3 həftə ərzində 11 siyasi məhkumu dar ağacından asdığı bildirilir.
Elə bu arada Cənubi Xorasan əyalətindəki Bircənd həbsxanasında daha 4 məhbusun edam olunduğu açıqlanıb. Bu şəxslər edamdan əvvəl hətta ailələri ilə son görüşmək imkanından məhrum ediliblər.
AzVision.az