Vulkan 22 nəfərin ölümünə səbəb oldu

Vulkan 22 nəfərin ölümünə səbəb oldu
  05 Dekabr 2023    Oxunub:1440
İndoneziyanın Sumatra adasındakı Marapi dağında vulkanın püskürməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə “Frans Press” (AFP) agentliyi məlumat yayıb.

Bildirilib ki, itkin düşən 10 nəfərdən 9-u ölü tapılıb və axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, daha əvvəl 13 nəfərin öldüyü barədə məlumat verilmişdi.
AzVision.az



Teqlər: Vulkan  





Xəbər lenti