Saridə üç bəhai həbs cəzası və sosial sanksiyalarla üzləşib
Sülha Sabiti “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrupa və ya izdihama üzv olmaqda” və “müqəddəs İslam qanunlarına zidd və ya onu pozan azğın maarifləndirmə və təbliğat fəaliyyətlərdə” günahlandırılır.
Həmçinin, digər Sari sakinləri—bəhailər Bəhruz Rəhmani və Sanaz Əlizadə Rövşənkuhi hər biri 25 milyon tümən cərimə ödəməyə məhkum olunublar. Bundan əlavə, onlar on il müddətinə təhsil və mədəniyyət fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib.
AzVision.az