MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq
Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.
Vurğulanıb ki, bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır.
“Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxaq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-lərin məsələyə münasibət bildirməsini tələb edirik“, - bəyanatda qeyd olunub.
AzVision.az
Fransanın gerçək sifətini göstərən yazılar:
Fransanın nüvə sirləri: Paris nəyi gizlədir | Araşdırma
Ruanda soyqırımı: 800 min ölümə yumulan fransız gözü | Dosye
Teqlər: