Rusiya və İran XİN rəhbərləri deklarasiya imzaladılar

Rusiya və İran XİN rəhbərləri deklarasiya imzaladılar
  05 Dekabr 2023    Oxunub:1197
Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Moskvada ikitərəfli danışıqlar zamanı birtərəfli sanksiyalara qarşı mübarizə haqqında deklarasiya imzalayıblar.
Sənəd rəsmi olaraq “Birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında Rusiya və İranın Bəyannaməsi” adlanır.

Danışıqlar Xəzəryanı dövlətlərin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüş çərçivəsində baş tutub.
AzVision.az



Teqlər:





Xəbər lenti