İranda insanların rəqs videosunu paylaşan 12 nəfər həbs olundu

İranda insanların rəqs videosunu paylaşan 12 nəfər həbs olundu
  06 Dekabr 2023    Oxunub:737
İrandakı teokratik rejim məcburi hicab sistemini cəmiyyətə zorla sırımaq yönündə insanların şəxsi həyatına nəzarət mexanizmini ən absurd həddə çatdırıb.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, Gilan əyalətinin polis idarəsinin rəis müavini Hüseyn Hüseynpur Rəşt şəhər bazarında insanların qaydalara zidd şəkildə rəqs etməsi ilə bağlı videonu sosial hesablarında paylaşan 12 nəfərin həbs olunduğunu bildirb.

Onun sözlərinə görə, rəqs videosunda məcburi hicaba riayət etməyən xanımların olması ictimai rəydə çaşqınlıq yaradır.

Xatırladaq ki, bu il fevralın əvvəlində Astiyaj Həqiqi və onun nişanlısı Əmir Mühəmməd Əhmədi küçədə rəqs etdiklərinə və həmin rəqsin video-çarxını paylaşdıqlarına görə İran məhkəməsi tərəfindən 10,5 il müddətinə azadlıqdan məhrum olunublar.

AzVision.az


Teqlər: İran   rəqslər  





Xəbər lenti