Kristofer S.Mörfi: Biz Ukraynanı atmağa hazırlaşırıq

      Kristofer S.Mörfi:    Biz Ukraynanı atmağa hazırlaşırıq
  06 Dekabr 2023    Oxunub:777
ABŞ prezidenti Co Bayden ölkə qanunvericilərinin Ukrayna və İsrailə 106 milyard dollarlıq yeni yardımla bağlı razılığa gələ bilməməsi ilə üzləşib.
“The New York Times” nəşrinə istinadən xəbər verir ki, respublikaçı konqresmenlər ABŞ-nin Meksika ilə sərhədində daha sərt immiqrasiya nəzarətinin daxil edilməsi tələbini qoyaraq, yardım paketini bloklamaqla hədələyirlər.

Resbulikaçılarla danışıqlarda əsas rol oynamış demokratlar partiyasından olan senator Kristofer S.Mörfi bu reallıq fonunda Ukraynanaın gələcəyi ilə bağlı narahatlıq ifadə edib.

“Biz Ukraynanı atmağa hazırlaşırıq. Əgər Rusiya NATO üzvü olan ölkəyə təcavüz edərsə, respublikaçılar Ukraynanın təhlükəsizliyindən siyasi məqsədlər üçün istifadə etmək qərarına peşman olacaqlar”, - Mörfi deyib.

Bundan əvvəl ABŞ-nin maliyyə naziri Canet Yellen Ukraynadakı maliyyə vəziyyətini kritik adlandırmışdı. Amerikalı məmur Konqresin yeni yardım paketini təsdiqləməyəcəyi halda, Vaşinqtonun Ukraynanın münaqişədə məğlubiyyətinə görə məsuliyyət daşıyacağını vurğulayıb.





Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti