“Arəş” qaz yatağı ilə bağlı iddialar yenidən gündəmə gəlib

“Arəş” qaz yatağı  ilə bağlı iddialar yenidən gündəmə gəlib
  06 Dekabr 2023    Oxunub:939
İranın “Arəş” yatağı adlandırdığı “Əl-Dərə” yatağı tamamilə “Küveytin ərazi suları”nda yerləşir və onun mülkiyyəti birlikdə yalnız Küveyt və Səudiyyə Ərəbistanına məxsusdur.
AzVision.az bildirir ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının liderlərinin iclasının sonunda Tehrana belə xəbərdarlıq ünvünlanıb.

Sözügedən qaz yatağına görə iki ərəb ölkəsi ilə mübahisə aparan İran bu açıqlamaya cavab olaraq Küveytlə bununla bağlı danışıqlar apardığını və daha əvvəl “dost və konstruktiv əməkdaşlığı” vurğuladığını bildirib.

İranın xarici işlər nazirliyinin sözçüsü Nasir Kənani çərşənbə günü regional əməkdaşlıqda “ortaq maraqlara” diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, “Kuwait Petroleum” şirkətinin baş direktorunun müavini oktyabr ayında bu qaz yatağının 2029-cu ilə qədər tam istifadəyə veriləcəyini açıqlamışdı.
Səudiyyə Ərəbistanı və Küveyt dəfələrlə sözügedən qaz yatağının sırf onlara məxsus olduğunu iddia etsə də, İran bu məsələdə özünün hüquqlarının pozulmasına dözməyəcəyini açqılayıb.

Fars Körfəzi Əməkdaşlıq Şurasının liderləri həmçinin İranın mövqe və hərəkətlərinə toxunaraq, “ölkələrin suverenliyinə hörmətlə yanaşmaq, ölkələrin daxili işlərinə qarışmamaq, mübahisələri sülh yolu ilə həll etmək, güc və təhdidlərdən istifadə etməmək” kimi məqamları vurğulayıblar.
AzVision.az


Teqlər: İran   "Arəş"  





Xəbər lenti