SEPAH Kəngər körfəzində iki gəmini ələ keçirib

   SEPAH Kəngər körfəzində iki gəmini ələ keçirib
  06 Dekabr 2023    Oxunub:861
SEPAH-ın dəniz qüvvələri Kəngər (Fars) körfəzində “yanacaq qaçaqmalçılığı” ittihamı ilə ümumilikdə 34 xarici vətəndaşdan ibarət ekipajın olduğu iki gəmini ələ keçirib.
AzVision.az xəbər verir ki, İran mediasının SEPAH-ın 5-ci dəniz bölgəsinin komandiri Əli Əzmayiyə istinadən yaydığı məlumata görə 13 əcnəbi ekipaj üzvü olan bu gəmilərdən biri Əbu Musa adasının cənubunda ələ keçirilib. Həmin gəmidə 2 milyon 280 min litr qaçaq yanacaq olduğu iddia edilir. 21 əcnəbi ekipajın xidmət etdiyi digər gəmidə isə 2 milyon 300 min litr qaçaq yanacaq olduğu deyilir.

Maraqlıdır ki, gəmilərin sahibi olan ölkələrin adı qeyd edilməyib.

SEPAH-ın Kəngər körfəzində xarici gəmiləri ələ keçirməsi ilk dəfə deyil. ABŞ-nin hələ yayda açıqladığı məlumata görə, son iki ildə İran Kəngər körfəzində 20-dən çox gəmiyə qarşı “hücum və təqiblə yanaşı, onların bəzilərini ələ də keçirmişdi.
AzVision.az


Teqlər: SEPAH   körfəz  





Xəbər lenti