Abdullahiyan: Azərbaycanla münasibətlər düzgün yoldadır - VİDEO

      Abdullahiyan:    Azərbaycanla münasibətlər düzgün yoldadır -  VİDEO
  06 Dekabr 2023    Oxunub:1012
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakı-Tehran münasibətlərinin müsbət inkişaf xətti üzrə getdiyini bildirib.
AzVision.az xəbər verir ki, İranın “SNN.ir” agentliyi belə məlumat yayıb.

“Prezidentlər Rəisi və Əliyevin son görüşündə münasibətlərin hərtərəfli inkişafı ilə bağlı razılıq əldə olunub. Biz, həmçinin iki ölkə arasında iqtisadi sahədə, dəhlizlərin açılması, ticarət əməkdaşlığı və yarımçıq qalmış layihələr üzrə sazişlər bağlamışıq. Ötən ildən layihələrin başa çatdırılması üçün tədbirlərin həyata keçirilməsinə başlanılıb. Deməli, iki ölkə arasında münasibətlər düzgün yoldadır”, – Abdullahiyan deyib.

Qeyd edək ki, Azərbaycan və İranın dövlət başçılarının sonuncu görüşü noyabrın 9-da Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti çərçivəsində baş tutub.

AzVision.az


Teqlər: Azərbaycan   Abdullahiyan  





Xəbər lenti