Erməni hərbçilərdə narkotik aşkarlanıb

   Erməni hərbçilərdə narkotik aşkarlanıb
  06 Dekabr 2023    Oxunub:982
Ermənistanın Müdafiə Nazirliyinin əməkdaşlarında narkotik vasitələr aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Vayots Dzor bölgəsinin polisləri müxtəlif növ narkotik vasitələr daşıyan cinayətkarları aşkarlayarkən məlum olub ki, onlar hərbçidirlər.

"Dekabrın 5-də saat 07:30 radələrində İrəvan-Mehri yolunun 143-cü kilometrliyində növbətçi patrul xidmətinin əməkdaşları “Mercedes” markalı avtomobili nəzarətə götürüblər. Onlar avtomobildəki sərnişinlərdə narkotik ola biləcəyi barədə əməliyyat məlumatı alıblarmış. Nəticədə narkotik vasitələrin saxlanması, daşınması və istifadəsi ilə bağlı əsaslı şübhələr yaradan 30 yaşlı Narek O., 31 yaşlı Narek Z. və 21 yaşlı Arman G-ni saxlayaraq polis şöbəsinə gətiriblər. Məlum olub ki. adı çəkilən şəxslərin hamısı Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edirlər", - "Shamshiyan" kriminal xəbər saytı yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti