Tufarqanda güclü yanğın: xəsarət alanlar var

   Tufarqanda güclü yanğın:    xəsarət alanlar var
  06 Dekabr 2023    Oxunub:886
Şərqi Azərbaycan əyalətinin Tufarqan (Azərşəhr) şəhərinin Səlimi Sənaye şəhərciyində güclü yanğın olub.
AzVision.az əyalətin İcra hakimiyyətinin Böhran idarəetmə mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, yanğın dekabrın 5-də axşam saatlarında boya zavodunda baş verib.

Yanğın nəticəsində xəsarət alan 9 nəfər Tufarqan və Üskü şəhərlərinin xəstəxanalarına çatdırılıb.

Hadisənin başvermə səbəbləri və dəymiş ziyan barədə açıqlama verilməyib.
AzVision.az


Teqlər: Tufarqan   yanğın  





Xəbər lenti