"HƏMAS İsrailə 11,5 mindən çox raket atıb"

   "HƏMAS İsrailə 11,5 mindən çox raket atıb"
  06 Dekabr 2023    Oxunub:629
Qəzza zolağından olan radikallar oktyabrın 7-dən İsrailə 11,5 mindən çox raket atıb. Onlardan 2 mini Fələstin anklavının özünün ərazisinə düşüb
AzVision.az xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, anklava düşən raketlər əhəmiyyətli dağıntılara səbəb olub.

"Qəzza zolağında hərbi əməliyyatlar başlayandan İsrail Müdafiə Qüvvələrinin (IDF) qoşunlar radikal HƏMAS hərəkatının batalyon komandirlərinin azı yarısını öldürüb. Qoşunlar əhəmiyyətli hava dəstəyi ilə Qəzza zolağı daxilində irəliləməyə davam edir".

AzVision.az


Teqlər:





Xəbər lenti