İran zindanlarında məhbuslara cinsi işgəncələr verilir

   İran zindanlarında məhbuslara cinsi işgəncələr verilir
  06 Dekabr 2023    Oxunub:885
Beynəlxalq Əfv Təşkilatı 120 səhifəlik hesabatında İranda xalq etirazları zamanı repressiv SEPAH, Bəsic, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) nazirliyi, hökumətə bağlı müxtəlif silahlı və hərbi birləşmələr tərəfindən qadın, kişi və uşaqların cinsi təcavüzə məruz qalmasını müzakirəyə çıxarıb.
AzVision.az xəbər verir ki, Amnesty İnternational qurbanların bəzilərinin hekayələrini açıqladığı sözügedən hesabatda dərc edib.

Məlumata görə, aralarında 12-48 yaş arası qadın, kişi və uşaqların da olduğu məhbuslardan 45-nin təşkilata verdiyi müsahibəsinə əsasən, bu zorakılıq və işgəncələrin məqsədi etirazçıları susdurmaq və onları daxildən məhv etmək olub.

Hesabatda, habelə həbs edilən etirazçılardan bəzilərinin təcridxanaya aparılarkən avtomobilin içərisində təcavüzə məruz qaldıqları vurğulanıb.

AzVision.az


Teqlər: İran   məhbuslar  





Xəbər lenti