Konqresin Nümayəndələr Palatasının eks-spikeri konqresmen postunu tərk edir

   Konqresin Nümayəndələr Palatasının eks-spikeri konqresmen postunu tərk edir
  06 Dekabr 2023    Oxunub:1073
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, respublikaçı Kevin Makkarti Kaliforniyadan olan konqresmen postunu tərk etmək qərarına gəlib.
AzVision.az -ın məlumatına görə, bu barədə o, “The Wall Street Journal”da dərc olunan məqaləsində yazıb.

“Amerikaya yeni üsullarla xidmət etmək üçün bu ilin sonunda Nümayəndələr Palatasını tərk etmək qərarına gəldim. Bilirəm ki, işim yeni başlayır”, - Makkarti bildirib.

Siyasətçi qeyd edib ki, o, Kaliforniyanı 17 il Nümayəndələr Palatasında təmsil edib və bu müddət ərzində iki dəfə Respublikaçılar Partiyasının bu qurumda çoxluq qazanmasına kömək edib.

Siyasətçinin sözlərinə görə, onun spiker olduğu müddətdə (yanvardan oktyabr ayına qədər) Nümayəndələr Palatası bir neçə mühüm qanun layihəsini qəbul etməyə nail olub.

AzVision.az



Teqlər:





Xəbər lenti