Türkiyə kosmosa ilk peykini buraxacaq

   Türkiyə kosmosa ilk peykini buraxacaq
  07 Dekabr 2023    Oxunub:756
Dünyanın ən böyük pilotsuz uçuş aparatları istehsalçılarından biri olan Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə kosmosa öz peykini buraxmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Səlcuq Bayraktar “Axşam” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, "Baykar" kosmik layihə üzərində il yarımdır işləyir:

""Baykar" gələcəyi gözləyir və bu gün bu gələcək üçün yarışa hazırlaşır. Şirkət hazırda kosmik texnologiya sahəsində aşağı orbitli komanda peykləri və orbital nəqliyyat vasitələri üzərində işləyir. Onun qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üçün innovasiyaların inkişafına dəstək verəcək bir peyk olacağı gözlənilir", deyə Bayraktar əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti