ABŞ: Rusiya və İranın narahatlıq doğuran əlaqələrini izləyirik
“Vladimir Putinin öz səyahət vərdişləri var. Ancaq biz İran və Rusiya arasında artan və narahatedici müdafiə əlaqələrini izləməyə davam edirik. Çünki İran cənab Putinə pilotsuz təyyarələr göndərməkdə davam edir. Putin isə bu dronlardan Ukraynanın enerji infrastrukturuna hücum və günahsız ukraynalıları öldürmək üçün istifadə edir. Bunun müqabilində İran Rusiyadan müdafiə dəstəyi gözləyir. İran Rusiya silahlarının hərbi imkanlarına nail olsa, bunun Yaxın Şərq regionunun təhlükəsizliyi üçün yaxşı nəticələri olmayacaq”, - Kirbi deyib.
Qeyd edək ki, bu bəyanat çərşənbə axşamı İranla Rusiya arasında “sanksiyalar kimi birtərəfli məcburi tədbirlərin mənfi təsirlərinə qarşı çıxmaq, azaltmaq və kompensasiya etmək yolları” mövzusunda əməkdaşlıq üçün birgə sənəd imzalanarkən verilib.
AzVision.az