Rəisi: İran elitası daha çox pul üçün mühacirət edir

      Rəisi:    İran elitası  daha çox pul üçün mühacirət edir
  07 Dekabr 2023    Oxunub:849
İran prezidenti İbrahim Rəisi mühacirətə “daha çox pul” arxasınca qaçan elitanı tənqid edərək dolayısı ilə onları “vətənpərvər” olmamaqda suçlandırıb.
AzVision.az xəbər verir ki, İran prezidenti Tehranın Beheşti universitetində çıxışı zamanı belə irad səsləndirib.

“Mən vətənpərvərliyi elitarlığın göstəricilərindən biri hesab edirəm. Elitizm sizə imkan verir ki, filankəs mənə bir az daha çox pul verəcək bəhanəsi ilə ölkəyə xidmətdən vaz keçib ora gedəsiz? Milli elita fondunun əhatə etdiyi bütün şəxslər ölkə universitetlərində müəllim kimi işə götürülür”, - Rəisi deyib.

Son bir neçə ayda ümummilli etirazlardan sonra tələbələrə qarşı təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi, eləcə də işdən çıxarılma dalğasının güclənməsi, müqavilələrin uzadılmaması və universitet professorlarının fəaliyyətinin dayandırılması ilə bağlı çoxsaylı xəbərlər dərc olunduğu halda prezident universitet elitasının miqrasiyasını sırf maliyyə məsələləri ilə əlaqələndirib.
AzVision.az



Teqlər: Rəisi   mühacirət  





Xəbər lenti