85 yaşlı eks-prezident həbsdən azad edildi - VİDEO

85 yaşlı eks-prezident həbsdən azad edildi    - VİDEO
  07 Dekabr 2023    Oxunub:987
Perunun Konstitusiya Məhkəməsi 25 il həbs cəzası almış keçmiş prezident Alberto Fuximorinin azadlığa buraxılmasına dair qərar verib.
Qocalmış eks-prezident xəstə kimi oksigen aparatı ilə evə buraxılıb. Onu Limadakı həbsxananın çıxışında vəkil və iki övladı, o cümlədən siyasətlə məşğul olan, üç dəfə Peru prezidentliyinə namizəd olmuş qızı Keiko Fuximori qarşılayıb.

Alberto Fuximori 1990-2000-ci illərdə Perunun prezidenti olub. O, ölkədə avtokratik rejim qurub, ciddi korrupsiya qalmaqalından sonra Perudan qaçıb. Alberto Yaponiyadan istefa verib. Bir neçə il sonra Çiliyə gələn Fuximori orada həbs olunub və Peruya ekstradisiya edilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Peru  





Xəbər lenti