6 il sonra ilk səfər - Ərdoğan Yunanıstandadır - VİDEO

  6 il sonra ilk səfər -  Ərdoğan Yunanıstandadır    - VİDEO
  07 Dekabr 2023    Oxunub:1111
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 6 ildə ilk dəfə Yunanıstana səfər edib.
AzVision.az xəbər verir ki, Türkiyə prezidentini hava limanında Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis qarşılayıb.

Ərdoğan Yunanıstana səfər edəcək
Türkiyə liderinin səfəri ilə bağlı yayılan videoda təyyarənin planlaşdırılan vaxtdan tez gəldiyi əks olunub. Ərdoğan xidməti avtomobilə minməyib, heyətlə birlikdə hava limanının VİP salonuna gedib.

Türkiyə lideri səfər çərçivəsində Yunanıstan prezidenti Katerina Sakellaropoulou və baş nazir Kiriakos Mitsotakis ilə görüşəcək.

Bundan başqa, Afinada Yunanıstan və Türkiyə arasında Yüksək Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək ki, tədbirə Yunanıstanın baş naziri və Türkiyə prezidenti sədrlik edəcək.

Həmçinin, tərəflərin “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında” Bəyannaməni, o cümlədən miqrasiya ilə bağlı ən azı 20 saziş imzalayacağı gözlənilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Türkiyə   Yunanıstan  





Xəbər lenti