Carnegie: İran Qəzzada müharibəyə müdaxilə etməyəcək

   Carnegie:    İran Qəzzada müharibəyə müdaxilə etməyəcək
  07 Dekabr 2023    Oxunub:966
Ərəb-İsrail münaqişəsinin hazırkı eskalasiyasının bütün Yaxın Şərqi əhatə etməsi ssenarisi real görünmür.
AzVision.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Carnegie” analitik mərkəzi məlumat yayıb.

“İran və onun tərəfdaşı “Hizbullah” 2 ay ərzində Qəzza zolağındakı müharibəyə müdaxilə etməyibsə, onların gələcəkdə buna gedəcəyi ehtimalı azdır. Çox güman ki, iranyönümlü blok özünü nəzərəçarpan, lakin sırf münaqişədə simvolik iştirakla məhdudlaşdırmağa davam edəcək. Bunun ən pis təzahürü Livan tərəfindən İsrailin müntəzəm, lakin irimiqyaslı olmayan atəşə tutulması olacaq”, – mərkəzin məlumatında qeyd olunur.

Bildirilib ki, İran artıq İsraillə HƏMAS arasındakı müharibədən öz dividendlərini alıb. Bunlardan başlıcası İsraillə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinin pozulmasıdır.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti