Danimarkada Quranın yandırılması qadağan edildi

   Danimarkada Quranın yandırılması qadağan edildi
  07 Dekabr 2023    Oxunub:1668
Danimarka Parlamenti "Qurani-Kərim"in yandırılması da daxil olmaqla, tanınmış dindar icması üçün böyük dini əhəmiyyət kəsb edən mətnlərin qeyri-adekvat şəkildə yandırılmasını qadağan edib.
AzVision.az xəbər verir ki, bu barədə Danmarka mediası məlumat yayıb. Qanun lehinə 94, əleyhinə 77 səslə qəbul edilib və yeddi gündən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, bu il Danimarka və İsveçdə "Qurani-Kərim"in nüsxələrinin yandırılması və ya zədələnməsi kimi bir sıra ictimai etirazlar baş verib, bu da müsəlmanlarla gərginliyə səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti