İsrail nazirinin oğlu döyüşlərdə həlak olub

   İsrail nazirinin oğlu döyüşlərdə həlak olub
  07 Dekabr 2023    Oxunub:1189
İsrail Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, hazırda hərbi kabinetin naziri Qadi Ayzenkotun kiçik oğlu Qal Qəzza zolağının şimalında gedən döyüşdə həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"25 yaşlı baş çavuş Qal Aizenkot Qəzza zolağının şimalında gedən döyüşdə həlak olub", açıqlamada qeyd edilib.

Baş nazir Binyamin Netanyahu Qadi Ayzenkota və onun həyat yoldaşına başsağlığı verərək Qal Ayzenkotu cəsur döyüşçü və əsl qəhrəman adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti