Hakan Fidan Qəzza danışıqları üçün ABŞ-a səfər edəcək
"Noyabrın 11-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının fövqəladə Birgə Zirvə toplantısında Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya daxil olmaqla ölkələrin xarici işlər nazirlərinə Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüslərlə çıxış etmək tapşırılıb" - deyə nazirliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Fidan bu ortaq diplomatik səylər çərçivəsində təmaslar aparmaq üçün sabah Vaşinqtona səfər edəcək.
AzVision.az
Teqlər: