Ukraynaya kömək naminə Bayden güzəştə getməyə hazırlaşır

   Ukraynaya kömək naminə Bayden güzəştə getməyə hazırlaşır
  08 Dekabr 2023    Oxunub:861
Bayden administrasiyası Ukrayna və İsrailə hərbi yardımı təmin etmək üçün ABŞ-da sığınacaqla bağlı yeni məhdudiyyətlər və daha sürətli deportasiya da daxil olmaqla daha sərt immiqrasiya siyasətini nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bu diskussiyanın gedişindən xəbəri olan mənbəyə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

Demokratların 20 milyard dollarlıq sərhəd maliyyəsini nəzərdə tutan yardım paketini Senatda respublikaçıların rədd etməsindən sonra Bayden sərhəd təhlükəsizliyi məsələsində əhəmiyyətli güzəştlərə getməyə hazır olacağını bildirib.

Agentliyin istinad göstərdiyi mənbənin iddiasına görə, Ağ Ev sığınacaq üçün müraciət edənlərin ilkin yoxlanılması standartlarının artırılmasına razılaşacaq. Bayden administrasiyası, həmçinin başqa ABŞ-dan keçməklə digər ölkəyə gedən miqrantlara sığınacaq verilməsindən imtina edən “təhlükəsiz üçüncü ölkə” qaydasını da nəzərdən keçirir. Razılaşmanın digər mümkün məqamı sürətli deportasiya prosesinin genişləndirilməsi ola bilər.

Mənbə razılığa gəlməyə çalışan ikipartiyalı senatorlar qrupunun sığınacaq üçün müraciətlərin sayının məhdudlaşdırılmasını da müzakirə etdiyini deyib. Bayden administrasiyasının belə bir məhdudiyyətlə bağlı mövqeyi hələ ki, qeyri-müəyyən olaraq qalır.

Qanun layihəsinin qəbulu üçün vaxt məhduddur və iştirakçılar dekabrın ortalarına qədər qanunun mətninin ətraflı işlənməsi imkanlarını müzakirə edirlər.
AzVision.az



Teqlər: Bayden   güzəşt  





Xəbər lenti