Putin prezident seçkilərində iştirakını təsdiqləyib - YENİLƏNİB
“Mən Rusiya Federasiyasının prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, - Putin deyib.
Qeyd edək ki, Putinin dövlət başçısı kimi hazırkı səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri martın 17-nə təyin edilib.
***
Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər.
İştirakçılar bildiriblər ki, "DXR" parlamentinin spikeri Artem Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb.
Qeyd edək ki, Putinin dövlət başçısı kimi hazırkı səlahiyyətləri gələn il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri martın 17-nə təyin edilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: