Depardye Şimali Koreyada da özünü saxlaya bilmədi: Tərcüməçini qısnadı

 Depardye Şimali Koreyada da özünü saxlaya bilmədi:  Tərcüməçini qısnadı
  08 Dekabr 2023    Oxunub:1853
Aktyor Jerar Depardye Şimali Koreyada çəkiliş aparan zaman qadınlara cinsi qısnama edib. “The Guardian” bu barədə Fransanın “Depardye: Adamyeyənlərin süqutu” sənədli filminə istinadən xəbər verir.
Filmdə Depardyenin 2018-ci ildə ölkənin 70 illik yubileyi münasibəti ilə Şimali Koreyaya səfəri göstərilir. Filmə çəkildiyini bilən Depardye qadınlara nalayiq komplimentlər deyib, onların xarici görünüşünə münasibət bildirib və tərcüməçini qısnayıb. O həmçinin atçılıq mərkəzində gördüyü azyaşlı atlı qızın görünüşünə ədəbsiz sözlər deyib.

Filmdə Depardyenin 2007-ci ildə “Disko” filminin çəkiliş meydançasında ona cinsi təcavüz etdiyini iddia edən aktrisa Ellen Darrasın sözlərinə də istinad edilir. “Disko” filminin rejissoru Fabien Onteniente “Adamyeyənlərin süqutu” filmi ekranlara çıxandan sonra aktyorla işləməkdən imtina edib.

"O, mənə ət parçası kimi baxırdı", - Depardyenin onu qrim otağına getməyə razı salmağa çalışdığını və imtina etdikdən sonra aktrisanı çəkiliş meydançasında qucaqladığını iddia edən Darras xatırlayır.

Aprelin 12-də məlum olub ki, 13 qadın Jerar Depardyeni cinsi təcavüzdə ittiham edib. Bütün ittihamlar Depardyenin 2004-2022-ci illər arasında işlədiyi 11 film və seriala aiddir. Onların arasında 2018-ci ildə aktyora qarşı zorlama ittihamları irəli sürən aktrisa Şarlotta Arnoux da var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti