Latviya XİN Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayıb

   Latviya XİN Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayıb
  08 Dekabr 2023    Oxunub:1045
Azərbaycan və Ermənistanın birgə bəyanatı bu ölkələrin münasibətləri normallaşdırmaq niyyətini təsdiq edir.
AzVision.az xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Krişjanis Karinş "X"də yazıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın birgə bəyanatı bütün region və onun hüdudlarından kənarda etimad və sülhə doğru atılmış vacib addımdır: “Bu, Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsinə nail olmaq niyyətini bir daha təsdiq edir".

AzVision.az


Teqlər:





Xəbər lenti