Zəhra Rəhnəvərd: "Etiraz aksiyalarında tələbələrin sıxışdırılması misilsiz idi"
“İranda indiyədək heç bir hökumət tələbə hərəkatının millətin taleyinə təsirini dayandıra bilməyib. “Qadın, Həyat, Azadlıq” hərəkatının tarix yazan günlərində idarəçilər tələbələri elə sıxışdırıblar ki, onların davranışlarını millətin yaddaşına qara siyahıya salıblar. Bu qara rekordla idarəçilər öz nüfuzlarını milli və beynəlxalq səviyyədə hərraca çıxardılar”, - Rəhnəvərd bildirib.
Əvvəllər Əl-Zəhra universitetində professor olmuş Zəhra Rəhnəvərd özünün yazdığına görə, qurbanlardan və 14 ildən artıqdır ki, universitetdə iştirakı qadağan edilənlərdən biridir.
Zəhra Rəhnəvərd əri Mirhüseyn Musəvi və digər siyasi fəal Mehdi Kərrubi ilə birlikdə 13 ildən artıqdır ki, ev dustaqlığındadır.
AzVision.az