Abdullahiyanla HƏMAS-ın rəhbəri arasında telefon danışığı olub

Abdullahiyanla HƏMAS-ın rəhbəri arasında telefon danışığı olub
  09 Dekabr 2023    Oxunub:1090
İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə ilə telefon danışığında Qəzza bölgəsində yaşanan hadisələri müzakirə edib.
AzVision.az “Eghtesad News” saytının yaydığı məlumata istinadən xəbər verir ki, Abdullahiyan İbrahim Rəisinin Moskvaya səfəri çərçivəsində İran və Rusiya prezidentləri arasında Fələstin məsələsi ilə bağlı mühüm danışıqlar aparıldığını bildirib.

İsmayıl Həniyə isə, Allahın köməyi ilə müqavimət hərəkatının “sionistlərin” cinayətləri dayandırılana və Fələstinin işğalına tamamilə son qoyulana qədər davam edəcəyini vurğulayıb.
AzVision.az


Teqlər: İran   HƏMAS  





Xəbər lenti