Pakayin: “İran Azərbaycan və Ermənistanın sülh yaratmaq səylərini dəstəkləyir”

      Pakayin:    “İran Azərbaycan və Ermənistanın sülh yaratmaq səylərini dəstəkləyir”
  09 Dekabr 2023    Oxunub:1135
İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Bakı ilə İrəvanın sülhə nail olmaq səylərinin Tehran tərəfindən dəstələndiyini bildirib.
AzVision.az xəbər verir ki, keşmiş səfir özünün “X” hesabında belə paylaşım edib.

“Azərbaycan və Ermənistanın sülhə nail olmaq və beynəlxalq forumlarda bir-birini dəstəkləmək üçün konstruktiv addımı onların üçüncü tərəflərin müdaxiləsi olmadan bir-birinin ərazi bütövlüyünə hörmət əsasında münasibətləri normallaşdırmaq üçün müstəqil iradəsini göstərir. Təbii ki, İran bu prosesi dəstəkləyir”, - Pakayin yazıb.

Qeyd edək ki, Möhsün Pakayinin müəyyən vaxtlarda səsləndirdiyi ermənipərəst bəyanatlar Azərbaycanda sərt reaksiya ilə qarşılanıb.

Azərbaycanla Ermənistanın üçüncü tərəflərin müdaxiləsi olmadan razılaşması məsələsinə gəldikdə isə məhz İrəvan Bakının dəfələrlə verdiyi belə təklifləri qəbul etməyib. Çünki gah şimalda (Rusiya), gah cənubda (İran), gah da Qərbdə (ABŞ və Avropa) özünə havadarlar axtaran Ermənistan müstəqil siyasət aparmaq iradəsindən məhrum olunub. Daha doğrusu, elə bu havadarlar İrəvanın Bakı ilə kənardan müdaxilə olmadan razılığa gəlməsini əngəlləyirlər.

Möhsün Pakayin isə bu həqiqəti çox yaxşı bilir.
AzVision.az


Teqlər: Pakayin   sülh  





Xəbər lenti