Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır: Sorğu

Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır:   Sorğu
  09 Dekabr 2023    Oxunub:990
Almaniya vətəndaşlarının əksəriyyəti – 74 faizi Olaf Şoltsun federal kansler kimi fəaliyyətindən narazıdır.
AzVision.az xəbər verir ki, bu barədə məlumat “YouGov” sosiologiya xidmətinin 2119 almaniyalı arasında keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.

Məlumata görə, respondentlərin yalnız 20 faizi kanslerin fəaliyyətini müsbət qiymətləndirir. Ümumilikdə isə Almaniya hökumətinin işindən narazı olan vətəndaşların sayı 73 faiz təşkil edir. Rəyi soruşulanların 22 faizi isə Nazirlər Kabinetinin fəaliyyətindən razı olduğunu bildirib.

Bir müddət öncə “Infratest dimap” institutu da oxşar nəticələrin əks olunduğu tədqiqatı dərc etmişdi.

Federal Konstitusiya Məhkəməsinin iqlim və ətraf mühit layihələrinə 60 milyard avro ayrılmasını qadağan edən son qərarı Almaniya hökumətini ciddi təzyiq altında saxlayır. Əvvəlcə bu vəsaitlər koronavirus pandemiyasının nəticələri ilə mübarizə üçün nəzərdə tutulsa da, Olaf Şolts hökuməti 2021-ci ilin sonunda onları yeni fondun sərəncamına verib. Məhkəmə iki il sonra bunun konstitusiyaya zidd olduğu barədə qərar çıxarıb. Almaniya hökuməti razılaşdırılan layihələri maliyyələşdirmək üçün vəsaiti indi digər mənbələrdən axtarmalı olacaq. Lakin Nazirlər Kabinetinin 2024-cü il büdcəsini vaxtında razılaşdıra bilməməsi bu məsələni çətinləşdirir.

AzVision.az



Teqlər:





Xəbər lenti