ABŞ nəşri: İran husiləri “Hizbullah”-dan üstün tutur
Məlumata görə, Yəmən husiləri strateji Qırmızı dəniz su yollarına kifayət qədər yaxın olduqları üçün, Yaxın Şərqdəki müharibə zamanı, İranın “seçilmiş proksi qüvvələridir”. Eyni zamanda, Yəmən İsraildən kifayət qədər uzaqda olduğuna görə, Təl-Əvivin cavab zərbələri endirməsini çətinləşdirir.
Habelə, “Hizbullah”-dan fərqli olaraq, daxili siyasi dinamikadan qeyri-asılılığı onlara, faktiki olaraq, heç kim qarşısında hesabat verməyə imkan yaradır.
AzVision.az