Məhsa Əminin ailəsinin İrandan çıxışı qadağan olundu

   Məhsa Əminin ailəsinin İrandan çıxışı qadağan olundu
  09 Dekabr 2023    Oxunub:1106
Ötən il İranda məcburi_hicab bəhanəsilə “Əxlaq” polisi tərəfindən komaya salınaraq öldürülən 22 yaşlı Məhsa_Əminin atası, anası və qardaşının ölkədən çıxışına qadağa qoyulub.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, Məhsanın ailəsi Avropa İttifaqının dəvəti ilə Andrey Saxarov mükafatının verilməsi mərasiminə qatılmaq üçün Fransaya gedərkən, Tehranın “Xomeyni” Beynəlxalq hava limanında saxlanılıb. Onların ölkədən çıxa bilməməsi üçün pasportları da müsadirə edilib.

Ötənilki etirazları qəddarlıqla yatıran İran hakimiyyəti sonradan həmin hadisələr zamanı öldürülən və ya xəsarət alan insanların ailələrinə və yaxınlarına qarşı da repressiya siyasəti yürüdür.
AzVision.az


Teqlər: İran   Məhsa  





Xəbər lenti