Yaşar Gülər İranın yeni səfiri ilə görüşüb

Yaşar Gülər İranın yeni səfiri ilə görüşüb
  09 Dekabr 2023    Oxunub:1071
İranın Türkiyədəki yeni səfiri Məhəmməd Həsən Həbibollahzadə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb..

Görüşdə iranlı diplomatla Türkiyənin müdafiə naziri İran və Türkiyə əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Hər iki tərəf ölkələr arasındakı tarixi əlaqələr və ortaq cəhətlərə toxunaraq, İran-Türkiyə əlaqələrinin bütün sahələrdə maksimum dərəcədə gücləndirilməsinin vacibliyini vurğulayıblar.

AzVision.az



Teqlər: Gülər   İran   Səfir  





Xəbər lenti