Fidan və Blinken Qəzzaya yardımı müzakirə ediblər

Fidan və Blinken Qəzzaya yardımı müzakirə ediblər
  09 Dekabr 2023    Oxunub:1151
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Amerika paytaxtında görüşdə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin qarşısının alınması və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səyləri müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller adından yayımlanan yazılı açıqlamada deyilir.

ABŞ və Türkiyənin xarici siyasət rəhbərləri Yaxın Şərq regionunun digər bölgələrində Fələstin-İsrail münaqişəsinin genişlənməsinin qarşısının alınması, qalan girovların azad edilməsi və humanitar yardımın göstərilməsi zərurətini diqqət mərkəzində saxlanılmasının vacibliyini bildiriblər.

AzVision.az



Teqlər: Fidan   Blinken  





Xəbər lenti