İran nüvə sazişinin köhnəldiyini bəyan edib

İran nüvə sazişinin köhnəldiyini bəyan edib
  09 Dekabr 2023    Oxunub:1575
“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət planı köhnəlir”.
AzVision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib.

“Qırmızı xətlərimiz qarşı tərəf tərəfindən qəbul edilmədiyinə görə bu gün biz fəaliyyət planı ilə bağlı saziş imzalamaq yolunda deyilik. Bu da, plandan imtina etmək deməkdir. Vaxt çərçivəsi yoxdur və nə qədər irəli getsəniz, nəticə bir o qədər efemer olur”-deyə, o bildirib.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi “The Financial Times” nəşrinə müsahibəsində deyib ki, nüvə proqramı ilə bağlı vəziyyət qeyri-müəyyəndir, İranın zənginləşdirilmiş uran ehtiyatı saxlamasının yaratdığı risklər gözdən qaçırılmamalıdır.

AzVision.az



Teqlər: İran   Nüvə  





Xəbər lenti