Putin və Netanyahu 50 dəqiqə telefonla danışdılar

   Putin və Netanyahu 50 dəqiqə telefonla danışdılar
  10 Dekabr 2023    Oxunub:1074
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Rusiya prezidenti Vladimir Putinlə uzun telefon danışığı aparıb.
Bu barədə İsrailin Kan radiostansiyası baş nazirin ofisinə istinadən məlumat yayıb. Radiostansiyanın məlumatına görə, söhbət təxminən 50 dəqiqə davam edib. Bu, Yaxın Şərqdə münaqişənin eskalasiyası başlayandan bəri iki lider arasında ikinci telefon danışığıdır.

Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa" Tufanı əməliyyatını, İsrail Müdafiə Qüvvələri isə Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.

Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti