"Alçaq bir insan olduğunu dəfələrlə sübut etdin" - Bred Pittə oğlundan sərt sözlər |
Bununla belə, Coli boşanmanın digər təfərrüatlarını açıqlamayıb. Coli və Pittin ayrılması 2016-cı ildə məlum olub. Onların 6 övladı var.
Qeyd edək ki, Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin oğlu, 19 yaşlı Paks atasını sərt şəkildə tənqid edib və onu “dünya səviyyəli dal” adlandırıb.
“Dünya səviyyəli "dal" üçün Atalar Günü təbriki! Dəhşətli və alçaq bir insan olduğunu dəfələrlə sübut etdin. Sənin hüzurunuzda qorxudan titrəyən dörd kiçik övladına zərrə qədər hörmətin və rəğbətin yoxdur. Sən mənim ailəmə vurduğun zərəri heç vaxt başa düşməyəcəksən, çünki bunu bacarmırsan”, - ulduzun oğlu "Bir Zamanlar Hollivudda" filminə görə atasının mükafatlandırma mərasimindən fotosunu paylaşaraq yazıb.
Şahanə Rəhimli
AzVision.az