Paşinyan: “Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi”

            Paşinyan:    “Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi”
  10 Dekabr 2023    Oxunub:1528
""Dağlıq Qarabağ"ın ləğvi qaçılmaz idi və İrəvan bütün imkanlarını "Dağlıq Qarabağ Respublikası"nın yaradılmasına sərf etdi, bu isə mümkünsüz iş idi". AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Deyirlər ki, o vaxt (2023-cü ilin payızı - red) Dağlıq Qarabağın indiki hakimiyyəti Dağlıq Qarabağı ləğv edib. Amma əslində 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində bu proses qaçılmaz oldu”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə hakimiyyətə gələn Ermənistanın hazırkı rəhbərliyi Qarabağ probleminin emosional qavranılmasının daşıyıcısı olmaqda davam edib və bu fikri ölkə vətəndaşlarının 90 faizindən çoxu bölüşüb.

“Biz hakimiyyətə gələndə təbliğat obyekti statusumuz dəyişdi, informasiya daşıyıcısına çevrildik. Və gördük ki, emosional qavrayışla reallıq arasında böyük uçurum var. Yəni emosional fikirlərimizi həyata keçirmək üçün bütün resurslardan istifadə etdik.

Bəyan etməli olduq ki, bu emosional qavrayışın həyata keçirilməsi qeyri-mümkündür”, - Ermənistan hökumətinin başçısı vurğulayıb.

Paşinyan qeyd edib ki, indiki hakimiyyətin günahı ondadır ki, bu barədə xalqla danışmayıb, hətta onun özü də bu praqmatik reallıqla barışa bilmir.

“Belə bir söhbətə başlamağın emosional qeyri-mümkünlüyü Ermənistan Respublikasına və onun xalqına 30 il ərzində sadəcə olaraq vaxt itirdiyimizi, ilk növbədə həll edilməyən problemə vaxt və resurslar sərf etdiyimizi söyləmək idi.

Biz dövlətin, Ermənistan Respublikasının yaradılmasına sərf etməli olduğumuz bütün resursları Dağlıq Qarabağ Respublikasının yaradılması kimi həll olunmaz problemə qoymuşuq”, - o əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Paşinyan  





Xəbər lenti