"Dağlıq Qarabağla bağlı bənd sülh müqaviləsi layihəsindən çıxarılıb" - Oskanyan

   "Dağlıq Qarabağla bağlı bənd sülh müqaviləsi layihəsindən çıxarılıb" -    Oskanyan
  10 Dekabr 2023    Oxunub:1159
"Dağlıq Qarabağla bağlı bənd Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi layihəsindən çıxarılıb". Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkədə videomüraciət zamanı bildirib.
Oskanyanın sözlərinə görə, “sülh müqaviləsi” danışıqlar masasındadır və imzalanmağa yaxındır. Böyük ehtimalla, o, yaxın vaxtlarda imzalanacaq.

"Bu sənəddə keçmişdə Qarabağ xalqının hüquq və təhlükəsizliyindən bəhs edən bənd var idi. Bu bənd bu gün çıxarılıb. Bu saziş imzalansa, o zaman Dağlıq Qarabağın səhifəsi bağlanacaq"", - Oskanyan qeyd edib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti