Argentina prezidenti məşhur rok qrupunun mahnısını oxudu

   Argentina prezidenti məşhur rok qrupunun mahnısını oxudu
  11 Dekabr 2023    Oxunub:1232
Argentina prezidenti Xavyer Miley prezident sarayının eyvanına çıxıb və izdihamlı tərəfdarları ilə birlikdə məşhur rok qrupunun mahnısından bir parça ifa edib.
Seçki kampaniyası zamanı da Miley xalqın qarşısına çıxarkən tez-tez Argentina rok qrupu "La Renga" nın mahnısını ifa edirdi. Mahnı: “Hər kəsə salam! Mən küçənin ortasında nərildəyən şir - heyvanam"- sözləri ilə başlayır.

Mahnını özünəməxsus şəkildə yenidən təfsir edərək, Miley Argentinanın siyasi "kastasını" "udmağa" söz vermişdi.

İnauqurasiyadan sonra bazar günü o, eyni kompozisiyanı sarayın eyvanından ifa edib. Tərəfdarları onunla bərabər oxuyublar.



Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti