KİV: Bayden yaxın günlərdə Ərdoğana zəng edəcək

      KİV:    Bayden yaxın günlərdə Ərdoğana zəng edəcək
  11 Dekabr 2023    Oxunub:922
ABŞ prezidenti Co Bayden Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli məsələləri müzakirə etmək üçün yaxın günlərdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng vura bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.

Nəşr xatırladıb ki, Ərdoğan indiki vəziyyətdə Baydenin özünə zəng etməyəcəyini dəfələrlə qeyd edib. Lakin bildirib ki, ABŞ prezidenti Ərdoğana zəng edərsə, onunla mövcud məsələləri müzakirə etməyə hazırdır. Bu mövqe həm də Ankaranın Qəzza zolağında baş verənlərlə bağlı Vaşinqtonu tənqid etməsi ilə bağlıdır.

Qəzet yazır ki, yaxın bir neçə gün ərzində Baydendən zəng gələrsə, tərəflər Yaxın Şərq, daimi atəşkəs və hərbi əməliyyatlar başa çatdıqdan sonra sektorun statusunu müzakirə edəcəklər. Bundan əlavə, prezidentlər Türkiyəyə F-16 təyyarələrinin satışı, eləcə də Türkiyənin hələlik müraciətini təsdiqləmədiyi İsveçin NATO-ya daxil olması barədə danışa bilərlər.

Nəşrin qeyd etdiyi kimi, Türkiyə prinsip etibarı ilə İsveçin alyansda daxil olmasına qarşı deyil, lakin bu kontekstdə F-16 müqaviləsinin təsdiqi barədə ABŞ Konqresindən müsbət addımlar gözləyir. Əgər bu məsələ amerikalı qanunvericilər tərəfindən razılaşdırılarsa, o zaman Türkiyə parlamenti çox güman ki, Stokholmun müraciətini təsdiqləyəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti